Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Reuters: Myanma İrandan aldığı təyyarə yanacağının mənşəyini gizlədib
dünya

Reuters: Myanma İrandan aldığı təyyarə yanacağının mənşəyini gizlədib

27-10-2026 17:00 22 Просмотров
IMG

Myanma 2025-ci ilin dekabrında ABŞ sanksiyalarına məruz qalan Reef tankerinin daşıdığı təxminən 113 min barel İran təyyarə yanacağının mənşəyini saxta sənədlərlə gizlədib.


Tvit.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.


Myanmada fəaliyyət göstərən Dynamic Wave enerji broker şirkəti yükün alınması üçün Tailandın Tawan-Oil Trading şirkəti ilə müqavilə bağlayıb. 15,8 milyon dollar dəyərində olan müqavilədə Cənubi Afrikadan eyni həcmdə dizel yanacağının gətirilməsi nəzərdə tutulub. Lakin BMT və enerji bazarını təhlil edən Vortexa şirkətinin məlumatlarına əsasən, 2025-ci ildə Cənubi Afrika ilə Myanma arasında belə bir ticarət əməliyyatı qeydə alınmayıb.


Yanacağın əsl mənşəyi daşınma sənədləri, peyk görüntüləri və SynMax Intelligence şirkətinin təhlili əsasında müəyyən edilib. Şirkət tankerin İranın Bəndər-Abbas limanından Cənub-Şərqi Asiyaya qədər hərəkətini izləyib. 


Elmin Alışov