Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya 1 milyard dollarlıq kazino ifşa EDİLDİ
dünya

1 milyard dollarlıq kazino ifşa EDİLDİ

08-12-2025 22:00 20 Просмотров
IMG

Qazaxıstanda 1 milyard dollarlıq onlayn-kazino sxemi ifşa edilib.

Tvit.az xəbər verir ki, bunu Maliyyə Monitorinqi Agentliyi açıqlayıb.

Məlumata görə, bu sxemdə Qazaxıstan, Rusiya, Belarus, İspaniya və Vyetnam vətəndaşları, eləcə də Ukrayna vətəndaşları daxil olmaqla 120-dən çox şəxs çalışıb.

20-dən çox ödəniş təşkilatı və kommersiya banklarının əməkdaşları prosesə cəlb olunub.

Artıq doqquz nəfər saxlanılıb.

Hazırda daha səkkiz nəfərin, o cümlədən xarici vətəndaşların beynəlxalq axtarışa verilməsi üçün materiallar hazırlanır.

Aysel Şirinova