Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Qəzzada sabitləşmə qüvvə komandanı amerikalı general olacaq
dünya

Qəzzada sabitləşmə qüvvə komandanı amerikalı general olacaq

11-12-2025 15:00 11 Просмотров
IMG

 Qəzza sektorunda gələcək beynəlxalq sabitləşdirmə qüvvələrinin komandanı vəzifəsinə ABŞ-lı bir generalın təyin edilməsini Birləşmiş Ştatlar planlaşdırır.

Tvit.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Məlumata görə, ABŞ bu məqamda sabitləşdirmə qüvvələrinin formalaşdırılmasının son mərhələsindədir. Bununla belə, amerikalı hərbçilər Qəzzada təhlükəsizliyin təmin olunmasında birbaşa iştirak etməyəcəklər.

Qeyd edilib ki, bununla bağlı ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts İsrailə ilk rəsmi səfəri zamanı ölkənin baş naziri Binyamin Netanyahyuya məlumat verilib.

Uolts həmçinin İsrail hökumət başçısına əminlik verib ki, amerikalı komandanın təyin edilməsi gələcək nizamlanma prosesində yəhudi dövlətinin maraqlarını təmin etməlidir.

Aysel Şirinova