Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qəzzada sabitləşmə qüvvə komandanı amerikalı general olacaq
dünya

Qəzzada sabitləşmə qüvvə komandanı amerikalı general olacaq

11-12-2025 15:00 19 Baxış
IMG

 Qəzza sektorunda gələcək beynəlxalq sabitləşdirmə qüvvələrinin komandanı vəzifəsinə ABŞ-lı bir generalın təyin edilməsini Birləşmiş Ştatlar planlaşdırır.

Tvit.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb. Bildirilib ki, bu, ABŞ prezidenti Donald Trampın sülh planında nəzərdə tutulub.

Məlumata görə, ABŞ bu məqamda sabitləşdirmə qüvvələrinin formalaşdırılmasının son mərhələsindədir. Bununla belə, amerikalı hərbçilər Qəzzada təhlükəsizliyin təmin olunmasında birbaşa iştirak etməyəcəklər.

Qeyd edilib ki, bununla bağlı ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts İsrailə ilk rəsmi səfəri zamanı ölkənin baş naziri Binyamin Netanyahyuya məlumat verilib.

Uolts həmçinin İsrail hökumət başçısına əminlik verib ki, amerikalı komandanın təyin edilməsi gələcək nizamlanma prosesində yəhudi dövlətinin maraqlarını təmin etməlidir.

Aysel Şirinova