Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi
sosial

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

04-03-2026 14:00 39 Просмотров
IMG

Rusiyanın Tehrandakı səfirliyi rusiyalıların İrandan çıxarılmasında göstərdikləri köməyə görə Azərbaycan hakimiyyət orqanlarına təşəkkür edib.

 

Tvit.az-ın xəbərinə görə, bu barədə səfirlik öz "Telegram" kanalında paylaşım edib.

 

"İran ətrafında vəziyyətin gərginləşməsi fonunda Rusiya vətəndaşları Astara dövlət sərhədindən keçid məntəqəsindən keçməyə davam edirlər. Azərbaycanın hakimiyyət orqanlarına, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Rusiyanın Azərbaycandakı səfirliyinə göstərdikləri köməyə və davamlı dəstəyə görə təşəkkür edirik", - deyə paylaşımda bildirilib.

 

Səfirlik, həmçinin bu məsələdə göstərdiyi köməyə görə İran tərəfinə də təşəkkürünü ifadə edib.