İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib.
Tvit.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb:
"Qərar pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə qəbul olunub".