Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İrandan Türkiyəyə atılan ballistik raket məhv edildi
sosial

İrandan Türkiyəyə atılan ballistik raket məhv edildi

09-03-2026 16:00 18 Просмотров
IMG

İrandan Türkiyə hava məkanına doğru atılan ballistik raket Aralıq dənizinin şərqində NATO qüvvələri tərəfindən məhv edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, raketin qəlpələri Türkiyənin Qaziantep bölgəsində boş sahələrə düşüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

 

"Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, bir daha vurğulayırıq ki, ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Hər kəsə xatırladırıq ki, Türkiyənin bu mövzuda xəbərdarlıqlarına qulaq asmaq hər kəsin xeyrinədir", - deyə nazirlik baş verən hadisəyə sərt reaksiya verib.