Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Cəlilabadda ana ehtiyatsızlıqdan oğlunun ölümünə səbəb olub - YENİLƏNİB
sosial

Cəlilabadda ana ehtiyatsızlıqdan oğlunun ölümünə səbəb olub - YENİLƏNİB

10-03-2026 22:00 12 Просмотров
IMG

Cəlilabadda yeniyetmənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, 2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynli yaşadığı evdə döş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, yeniyetmənin anası Səliqə Abdulhüseynova bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib. Nəticədə övladı bıçaq xəsarəti alıb. Qadın saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan hadisə ilə bağlı sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisə ilə bağlı əlavə şərh verilməyib.

Cəlilabad rayonunda üzərində xəsarət izi olan yeniyetmə meyiti aşkar edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.

Tapılan meyitin kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna məxsus olduğu məlum olub.

İlkin məlumata əsasən, mərhumun ürək nahiyəsində xəsarət izi aşkar olunub.

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.