Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Yer kürəsində maqnit fırtınası gözlənilir - Kritik müddət açıqlandı
sosial

Yer kürəsində maqnit fırtınası gözlənilir - Kritik müddət açıqlandı

13-03-2026 15:00 15 Просмотров
IMG

Martın 13-də Günəşdə yaranan tac dəliyi nəticəsində Yer kürəsində geomaqnit aktivliyinin artması gözlənilir. Mütəxəssislər zəif və orta güclü maqnit fırtınalarının ola biləcəyini ehtimal edirlər.

 

Tvit.az məlumat verir ki, bu ehtimalı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna məxsus Günəş Astronomiyası Laboratoriyası yayıb.

 

Alimlərin proqnozlarına əsasən, növbəti 24 saat ərzində planetimizə yönələn Günəş küləyinin sürəti artacaq. Bunun ardınca geomaqnit göstəricilərində yüksəlişin qeydə alınması mümkündür.

 

Bu təsirlərə qeyri-standart formaya malik nəhəng tac dəliyi səbəb olub. Tədqiqatçıların sözlərinə görə, bu obyekt Günəşin cənub qütbündən şimalına qədər uzanan uzun bir yarığı xatırladır. Uzun müddətdir mövcud olan bu quruluş təqribən bir ay öncə də Günəş diskinin görünən hissəsindən keçmişdi.

 

Obyektin əvvəlki keçidi zamanı beş ballıq sistemlə G1-G2 kateqoriyalı (orta dərəcəli) maqnit fırtınaları qeydə alınmışdı. Tac dəliyinin forması və ölçüləri, demək olar ki, dəyişmədiyinə görə mütəxəssislər eyni vəziyyətin təkrarlanacağını düşünürlər.

 

Kompüter simulyasiyaları göstərir ki, ilkin geomaqnit pozuntuları cümə günü gecə saatlarında müşahidə oluna bilər. Proqnozun özünü doğruldacağı təqdirdə qütb parıltılarının yaranma ehtimalı da yüksələcək.

 

Bununla yanaşı, tədqiqatçılar qeyd edirlər ki, hələlik Günəş küləyinin sürətlənməsinə dair dəqiq əlamətlər yoxdur. Bu səbəbdən yekun qərarlar yalnız geomaqnit aktivliyi tam başladıqdan sonra çıxarıla bilər.