Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Elnur Məmmədov: "Yaşıl Enerji Dəhlizi" sazişinin ratifikasiyası Xəzərdə əməkdaşlıq üçün mühümdür"
sosial

Elnur Məmmədov: "Yaşıl Enerji Dəhlizi" sazişinin ratifikasiyası Xəzərdə əməkdaşlıq üçün mühümdür"

16-03-2026 11:00 16 Просмотров
IMG

Qazaxıstanın Azərbaycan və Özbəkistanla "Yaşıl Enerji Dəhlizi" haqqında sazişi ratifikasiya etməsi Xəzər regionunda enerji sahəsində əməkdaşlığın inkişafında mühüm addımdır.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov "Yaşıl Enerji Dəhlizi" haqqında sazişi ratifikasiya etməsinə münasibət bildirərkən sosial şəbəkələrdə yazıb.

 

Onun sözlərinə görə, regionda enerji sahəsində əməkdaşlıqla irəliyə doğru nəzərəçarpacaq addım atılır: "Qazaxıstanın müqaviləni ratifikasiya etməsi isə bərpa olunan elektrik enerjisinin Xəzər dənizi vasitəsilə ötürülməsinə dair planları irəlilədir".

 

E.Məmmədov xatırladıb ki, saziş Bakıda keçirilən COP29 konfransı çərçivəsində 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri tərəfindən imzalanıb. Sənəd bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadəni, ekoloji baxımdan "təmiz elektrik enerjisi" ticarətinin inkişafını, həmçinin "yaşıl enerji", ammonyak və hidrogenin Avropa bazarlarına ixracını nəzərdə tutur.

 

Nazir müavini qeyd edib ki, təşəbbüsün əsas elementi Xəzər dənizinin dibi ilə yüksək gərginlikli sabit cərəyan kabelinin çəkilməsi olacaq: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə Qara dəniz enerji layihəsi vasitəsilə Avropaya ötürməyə imkan verəcək. Bu təşəbbüs Azərbaycanın Mərkəzi Asiya və Avropa enerji bazarları arasında körpü rolunu gücləndirir, həmçinin "təmiz enerji"yə daha geniş keçidə töhfə verir".