Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakıda dərsdən qaçmaq istəyən uşaqdan ŞOK ADDIM
sosial

Bakıda dərsdən qaçmaq istəyən uşaqdan ŞOK ADDIM

17-03-2026 11:00 33 Просмотров
IMG

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.

 

Tvit.az konkret.az-a istinadla xəbər verir ki, məktəbin 8-ci sinif şagirdi dərs vaxtı məktəbdən yayınmaq istəyərkən ikinci mərtəbədən tullanıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatı hələlik açıqlanmayıb.

 

Qeyd edək ki, məktəbin direktoru Gülər Bəbirovadır. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri - Azər Allahverdiyev, Vüqar Ağamirzəyev və Şəbnəm Xəlilova hadisə vaxtı məktəbdə olmayıblar. Dərs vaxtı fənn müəlliminin otaqda olmadığı bildirilir.