Kreml Ukraynadakı münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqların bütün tərəflər qrafiklər üzrə razılığa gəldikdən sonra davam edəcəyini gözləyir.
Tvit.az-ın “TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Fürsət yaranan kimi bütün tərəflərin, xüsusən də amerikalı vasitəçilərimizin cədvəlləri razılaşdırılan zaman ümid edirik ki, bu fasilə pozulacaq və üçtərəfli danışıqların daha bir mərhələsini keçirə biləcəyik”,- deyə Peskov vurğulayıb.
Elmin Alışov