Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial FHN: Sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durun
sosial

FHN: Sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durun

27-03-2026 17:00 16 Просмотров
IMG

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmağı tövsiyə edib.

 

Bu barədə Tvit.az-a FHN-dən məlumat verilib.

 

Müraciətdə vurğulanıb ki, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.


"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir", - müraciətdə bildirilib.