Böyük Britaniyada inflyasiya 2026-cı ilin mart ayında illik müqayisədə 3,3%-ə yüksəlib.
Tvit.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında məlumat yer alıb.
Məlumata əsasən, bu artım, qlobal enerji qiymətlərinin kəskin şəkildə artmasına səbəb olan ABŞ-İsrail müharibəsinin İrana təsirini əks etdirir.
Bildirilib ki, mart ayında qiymətlərin artmasına əsas səbəb motor yanacağının əhəmiyyətli dərəcədə yüksək qiyməti olub.
Aysel Şirinova