Qərb ölkələri Ukrayna vasitəsilə Rusiyaya qarşı müharibə elan edib, lakin Kiyev rejimi Qərb silahları ilə təmin olunmadan acizdir.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Rusiya bildirib.
“Bizə açıq müharibə elan olunub. Bunun üçün “uc hissə” kimi Kiyev rejimindən istifadə olunur. Lakin bu “uc hissənin” Qərb silahları, kəşfiyyat məlumatları, peyk sistemləri, hərbçilərin hazırlanmasına dəstək və bir çox başqa vasitələrlə maddi təminat olmadan aciz olduğu hamıya məlumdur”, – deyə Lavrov qeyd edib.
Lavrov Rusiyaya qarşı müharibə olmasını da iddia edib:
"Belçikanın Baş Qərargahında bəzi açıq danışan şəxslər açıq şəkildə bəyan ediblər ki, onlar Rusiya ilə müharibəyə hazırlaşırlar və Ukrayna onlara vaxt qazanmağa kömək edir. Necə deyərlər, bundan daha açıq nə ola bilər”.
Aysel Şirinova