Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bu küçələrdə xüsusi avtobus zolaqları yaradılacaq
sosial

Bu küçələrdə xüsusi avtobus zolaqları yaradılacaq

04-05-2026 17:00 26 Просмотров
IMG

WUF13 çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.

Bu barədə "Tvit.az"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Müvəqqəti hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Mehdi Abbasov küçəsi, Mikayıl Əliyev küçəsi, Yusif Səfərov küçəsi və Mikayıl Müşfiq küçəsində yaradılacaq.

Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.