Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib
sosial

İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib

04-05-2026 18:00 18 Просмотров
IMG

İstilik enerjisindən istifadə qaydaları təsdiq edilib.

"Tvit.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən “İstilik enerjisindən istifadə Qaydaları”nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçiriləcək.

“İstilik enerjisindən istifadə Qaydaları”nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və texniki şərtlərin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti “İstilik enerjisindən istifadə Qaydaları”nda nəzərdə tutulan paylayıcının müvafiq informasiya sisteminin formalaşdırılmasını 9 ay müddətində təmin etməlidir.