Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycan Pakistana humanitar yardım göstərib
sosial

Azərbaycan Pakistana humanitar yardım göstərib

06-05-2026 11:00 11 Просмотров
IMG

2025-ci ildə Pakistanın Sind əyalətində baş vermiş güclü daşqınların fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə humanitar yardım təşəbbüsü həyata keçirilib.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyi vasitəsilə həyata keçirilən layihə çərçivəsində daşqınlardan zərər çəkmiş 400 ailəyə əsas ərzaq məhsulları və gündəlik tələbat mallarından ibarət yardım paketləri təqdim olunub.

 

Bu aksiya Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü olmaqla, qarşılıqlı dəstəyin və həmrəyliyin əhəmiyyətini bir daha nümayiş etdirib.