Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Amerika Birləşmiş Ştatları Oman körfəzində İran tankerinə atəş açdı
dünya

Amerika Birləşmiş Ştatları Oman körfəzində İran tankerinə atəş açdı

06-05-2026 21:00 9 Просмотров
IMG

ABŞ ordusu Oman körfəzində İslam Respublikasının limanına gedən İran tankeri Hasna-ya atəş açıb.

 

Tvit.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən bildirilib.

 

"Oman körfəzində fəaliyyət göstərən ABŞ Silahlı Qüvvələri məcburi tədbirlər tətbiq etdi, 6 mayda İran limanına getməyə çalışan İran bayraqlı tankeri hərəkətsiz vəziyyətə saldı. Hasna heyəti çoxsaylı xəbərdarlıqlara tabe olmadıqdan sonra, ABŞ Silahlı Qüvvələri Abraham Lincoln təyyarəsindən qalxan F/A-18 Super Hornet-in 20 mm-lik topundan atəş açaraq tankerin sükan mexanizmini hərəkətsizləşdirdi. Hasna artıq İrana doğru hərəkət etmir,"- komandanlıq X-də yayımlanan bəyanatda bildirib.

 

Aysel