Çin və ABŞ arasında qarşıdurma hər iki ölkə üçün qarşılıqlı ziyana səbəb olacaq.
Tvit.az “Fox News” nəşrinə istinadən xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin Pekində ABŞ prezidenti Donald Trampla görüşündə deyib.
O, əlavə edib ki, qarşılıqlı dəstək və ortaq rifah ölkələrə yeni dövrdə iki böyük dövlət arasında əməkdaşlığa yeni bir yanaşma inkişaf etdirməyə imkan verəcək.
Elmin Alışov