Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Şirvanın bəzi küçələri İŞIQSIZ QALIB - SƏBƏB
sosial

Şirvanın bəzi küçələri İŞIQSIZ QALIB - SƏBƏB

15-05-2026 10:00 21 Просмотров
IMG

Şirvan şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.

 

Bildirilib ki, mayın 15-də saat 09:00-dan 13:00-dək aparılacaq təmir işləri ilə əlaqədar şəhərin Leytenant İbrahimov, 20 Yanvar, M.Ə.Rəsulzadə və Z.Hacıyev küçələrinin enerji təminatında fasilə yaranıb.

 

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra ərazilərin elektrik enerjisi ilə təchizatı bərpa ediləcək.