Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
turizm

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

29-10-2026 09:00 9 Просмотров
IMG

Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb.

 

Tvit.az-ın məlumatına görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sabir Əliyev (ad və soyad şərtidir - red.) həyat yoldaşından borc alıb və bir neçə günə qaytaracağına söz verib.

 

Müddət başa çatandan sonra həyat yoldaşı Sabirdən verdiyi pulu geri istəyib və ər-arvad arasında mübahisə yaranıb.

 

Mübahisə nəticəsində Sabir həyat yoldaşını döyərək bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və Sabir saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı ər-arvad arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.