HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail əsgərlərinə qarşı bir neçə mərhələdə yaxşı planlaşdırılmış pusqu həyata keçirdiklərini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə Qassam Briqadalarının Telegram hesabında qeyd olunub.
Əsgərlərin daha əvvəl piyada əleyhinə bomba ilə pusquya salınan tunelə çəkildiyi, tunelə girən zaman qarşıdurmaların başladığı, daha sonra isə tunelin partladıldığı deyilib.
İsrail əsgərləri arasında ölən və yaralananların olduğu söylənilib.
Elmin Alışov