Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial DTX-dən xüsusi əməliyyat: Saxlanılanların sayı çoxdur
sosial

DTX-dən xüsusi əməliyyat: Saxlanılanların sayı çoxdur

12-05-2025 09:00 50 Просмотров
IMG

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub.

 

Tvit.az-ın əldə etdiyi məlumata görə, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.

 

Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir.

 

DTX-nin Mətbuat xidmətindən bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcəkdir.

 

Mövzunu diqqətdə saxlayırıq.