Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bu ilin I rübündə yanğında həlak olanların sayı açıqlandı
sosial

Bu ilin I rübündə yanğında həlak olanların sayı açıqlandı

13-05-2025 20:00 23 Просмотров
IMG

2025-ci ilin I rübündə Azərbaycanda baş vermiş yanğın hadisələrinin 403-ü ilə bağlı təhqiqat aparılıb.

"Tvit.az"dan xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarında deyilir.

Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 54 nəfər xəsarət alıb. Bu da 2024-cü ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 16%, xəsarət alanlar üzrə 34 nəfər və ya 39% azdır.