Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İlham Əliyev Paraqvay prezidentini təbrik etdi
sosial

İlham Əliyev Paraqvay prezidentini təbrik etdi

14-05-2025 11:00 17 Просмотров
IMG

Azərbaycan Prezidenti İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya təbrik məktubu göndərib.

 

Tvit.az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

 

"Paraqvay Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə

 

Azərbaycan-Paraqvay dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

 

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm".