İtaliyanın Peruca şəhərində kunq-fu üzrə dünya çempionatında idmançılarımızın tarixi nəticə əldə etdilər.
Tvit.az xəbər verir ki, bu sözləri Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov jurnalistlərə açıqlamasında deyib.
O, qızlar arasında yarışda dünya çempionu olan Əminə Əliyevanın əzmkarlıq nümayiş etdirdiyini bildirib:
“Əminə Əliyeva ilk dəfə idi döyüş tatamisinə ayaq basırdı. Həyəcanın olması normaldır. Amma döyüşün ilk saniyələrindən göstərdiyi cəsarət hamımızı heyrətləndirdi. Bu uğurun arxasında böyük əziyyət dayanır. Əminənin nailiyyəti əzmkarlığın göstəricisidir. Əminənin şəxsi məşqçisi federasiyamızın şəxsi məşqçisi Babək Əliyevdir. O, peşəkar mütəxəssisdir”.
Federasiya rəhbəri komandaya dəstək olan bütün azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, mundialda “light sanda” növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar. Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.