Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib
sosial

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib

20-05-2025 20:00 27 Просмотров
IMG

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, bu, 23 mayda keçiriləcək parlamentin iclasının gündəliyinə əlavə edilən "Dövlət Qulluğu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.