Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakının bu rayonunda qaz olmayacaq
sosial

Bakının bu rayonunda qaz olmayacaq

21-05-2025 22:00 18 Просмотров
IMG

Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Qeyd olunub ki, Zirə qəsəbəsindəki qaz xəttinin kipliyə sınaq olunması məqsədi ilə 22.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

"Həmin müddətdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.