Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Yasamalda sakinləri qorxu içində yaşamağa vadar edən TƏHLÜKƏ
sosial

Yasamalda sakinləri qorxu içində yaşamağa vadar edən TƏHLÜKƏ

22-05-2025 21:00 19 Просмотров
IMG

Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 55 ünvanında binanın önündəki ağac yola doğru əyilib. Ağacın altından keçən qaz borusu isə vəziyyəti daha da təhlükəli edir.

 

Sakinlərin sözlərinə görə, problemlə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, məsələ hələ də həllini tapmayıb.

 

"70 ildir ki, burada yaşayıram. Mən ağacın altında ölməliyəm? Qorxudan evdə də otura bilmirik. Qurumların hamısına xəbər vermişik, amma heç biri gəlmir. Burada kimsə ölməsə, gəlib baxmayacaqlar", - deyə sakinlərdən biri bildirib.

 

Məsələ ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyindən bildirilib ki, qeyd olunan ünvandan Agentliyə hər hansı müraciət daxil olmayıb. Qanunvericiliyə əsasən, quruyan, xəstəliyə yoluxan və insanların həyatı üçün təhlükəli vəziyyətdə olan ağacların ərazidən kənarlaşdırılması üçün torpaq mülkiyyətçiləri Agentliyə müraciət etməlidirlər. Bu müraciət əsasında mütəxəssislər sözügedən ağac və kollara baxış keçirirlər.

 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə bildirilib ki, ağacın müvafiq dövlət qurumu tərəfindən verilmiş götürülmə rəyi olmadığından kəsilməsi mümkün deyil.