Abş Senatı Yaxın gələcəkdə Moskva Ukraynada dərhal atəşkəsə dair ciddi təklif irəli sürməyəcəksə, Rusiya əleyhinə yeni sanksiyaları qəbul etməyə hazırdır.
Tvit.az xəbər verir ki, bu barədə Senatın majoritar rəhbəri Con Thune danışıb.
"Əgər Rusiya ciddi diplomatiya ilə məşğul olmaq istəmirsə, Senat Tramp administrasiyası ilə birlikdə əlavə sanksiyaları nəzərdən keçirmək üçün çalışacaq", - senator deyib.
O hesab edir ki, bu cür tədbirlər Rusiyanı müzakirələrə başlamağa məcbur edəcək.
Aysel Şirinova