Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ Senatı Rusiya əleyhinə yeni sanksiyaları qəbul etməyə hazır olduğunu bəyan etdi
dünya

ABŞ Senatı Rusiya əleyhinə yeni sanksiyaları qəbul etməyə hazır olduğunu bəyan etdi

22-05-2025 22:00 16 Views
IMG

Abş Senatı Yaxın gələcəkdə Moskva Ukraynada dərhal atəşkəsə dair ciddi təklif irəli sürməyəcəksə, Rusiya əleyhinə yeni sanksiyaları qəbul etməyə hazırdır.

Tvit.az xəbər verir ki, bu barədə Senatın majoritar rəhbəri Con Thune danışıb.

"Əgər Rusiya ciddi diplomatiya ilə məşğul olmaq istəmirsə, Senat Tramp administrasiyası ilə birlikdə əlavə sanksiyaları nəzərdən keçirmək üçün çalışacaq", - senator deyib.

O hesab edir ki, bu cür tədbirlər Rusiyanı müzakirələrə başlamağa məcbur edəcək.

Aysel Şirinova