Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ukrayna XİN başçısı: Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq
sosial

Ukrayna XİN başçısı: Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq

23-05-2025 21:00 30 Просмотров
IMG

Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq.

 

Tvit.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna xarici işlər naziri Andriy Sibiha deyib.

 

“Biz Azərbaycanla strateji tərəfdaşımız olaraq ikitərəfli münasibətlərin inkişafında son dərəcə maraqlıyıq. Biz bütün səviyyələrdə dialoqların inkişafında maraqlıyıq. Səfərimizin də əhəmiyyəti budur”, – Ukraynanın baş diplomatı vurğulayıb.

 

XİN başçısı Azərbaycanın Ukraynanın İrpin şəhərinə göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib: “Biz artıq Azərbaycan tərəfindən Ukraynaya, xüsusilə İrpin şəhərinə göstərilən humanitar yardıma görə minnətdarıq. Biz bunu qiymətləndiririk. Həmçinin qış aylarında çətin vaxtlarda, ən çox ehtiyacımız olduğu zaman bizə göstərilən yardım, xüsusilə enerji avadanlığı ilə təmin olunmağımız üçün də minnətdarıq”.

 

O, iki ölkənin liderləri arasında daim təmasın olduğunu qeyd edib: “Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında daimi dialoq mövcuddur. Mənim ziyarətim hər iki ölkənin, hər iki xalqın xeyrinə ikitərəfli münasibətlərimizin daha da yaxınlaşmasına xidmət edən səfərdir və gözləntimiz böyükdür”.


Xatırladaq ki, mayın 25-da Sibihanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.