Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ rəsmisi: İran danışıqlarının 5-ci raundunda irəliləyiş əldə olunub
dünya

ABŞ rəsmisi: İran danışıqlarının 5-ci raundunda irəliləyiş əldə olunub

23-05-2025 22:00 18 Просмотров
IMG

Tramp administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ və İran arasında bu gün səhər saatlarında Romada keçirilən nüvə danışıqlarının beşinci raundu “konstruktiv” olub.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Biz çox irəliləyiş əldə etdik, amma hələ görüləsi iş var deyən rəsmi jurnalistlərə açıqlamasında bildirib ki, hər iki tərəf "yaxın gələcəkdə" yenidən görüşməyə razılaşıb.
Danışıqlarda ABŞ-ı Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff və Dövlət Departamentinin siyasət planlaşdırması üzrə direktoru Maykl Anton təmsil edib.
Danışıqların iki saatdan çox davam etdiyini söyləyən rəsmi, bir daha Omanın vasitəçiliyi ilə birbaşa və dolayı komponentlərin olduğunu deyib.