Tramp administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ və İran arasında bu gün səhər saatlarında Romada keçirilən nüvə danışıqlarının beşinci raundu “konstruktiv” olub.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Biz çox irəliləyiş əldə etdik, amma hələ görüləsi iş var deyən rəsmi jurnalistlərə açıqlamasında bildirib ki, hər iki tərəf "yaxın gələcəkdə" yenidən görüşməyə razılaşıb.
Danışıqlarda ABŞ-ı Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff və Dövlət Departamentinin siyasət planlaşdırması üzrə direktoru Maykl Anton təmsil edib.
Danışıqların iki saatdan çox davam etdiyini söyləyən rəsmi, bir daha Omanın vasitəçiliyi ilə birbaşa və dolayı komponentlərin olduğunu deyib.
Aysel