İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 8 lot üzrə 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib.
Tvit.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələri və texnikaya ümumilikdə 37 sifariş qəbul edilib. Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 14 000 manat olan “BMW 740 Li” markalı avtomobil 19 100 manata, 14 400 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi isə 21 100 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/tu8h0 linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 3, 10, 11, 18 və 24 iyunda keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi və 81 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclara iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.