Böyük Britaniyanın Müdafiə naziri John Healey bu gün Londonda Səudiyyə Ərəbistanının müdafiə naziri, Əlahəzrət Şahzadə Xalid bin Salman Al Saud ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, görüşdə Səudiyyə Ərəbistanının, Körfəz bölgəsində təhlükəsizlik və sabitliyin təmin olunmasında Birləşmiş Krallıq üçün vacib tərəfdaş olduğu vurğulanıb.
Həmçinin, müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunub.
Aysel Şirinova