Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Britaniyanın müdafiə naziri Səudiyyə ərəbistanlı həmkarı ilə görüşüb
dünya

Britaniyanın müdafiə naziri Səudiyyə ərəbistanlı həmkarı ilə görüşüb

27-05-2025 22:00 37 Baxış
IMG

Böyük Britaniyanın Müdafiə naziri John Healey bu gün Londonda Səudiyyə Ərəbistanının müdafiə naziri, Əlahəzrət Şahzadə Xalid bin Salman Al Saud ilə görüşüb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, görüşdə Səudiyyə Ərəbistanının, Körfəz bölgəsində təhlükəsizlik və sabitliyin təmin olunmasında Birləşmiş Krallıq üçün vacib tərəfdaş olduğu vurğulanıb.

Həmçinin, müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunub.

Aysel Şirinova