Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Niaqara şəlaləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı
sosial

Niaqara şəlaləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı

29-05-2025 22:00 32 Просмотров
IMG

Kanadanın Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Bu barədə Tvit.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, işıqlandırma mərasimi Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin, Kanada Azərbaycan Evinin və Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) birgə təşkilatçılığı ilə baş tutub.

 

Kanadada yaşayan Azərbaycan icması, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri mərasimi böyük sevinc və coşğu ilə izləyiblər. Onlar “Azərbaycan”, “Xudayar təsnifi” və digər bir sıra musiqilərin sədaları altında rəqs ediblər.

 

Bundan əlavə, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Kanada Azərbaycan Evinin təşkilatçılığı ilə Torontodan Niaqara Fols şəhərinə avtoyürüş də keçirilib.

 

Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında ətraflı məlumat verilib.