Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda bu kanalın rəhbəri vəzifədən getdi
sosial

Azərbaycanda bu kanalın rəhbəri vəzifədən getdi

29-05-2025 22:00 31 Просмотров
IMG

Qərbi Azərbaycan Televiziyasının rəhbəri dəyişdirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Konkret.az məlumat yayıb.

 

Qeyd edilib ki, Ülviyyə Zülfüqar bu vəzifədən ayrılıb, onun yerinə İsmayıl Yaşaroğlu təyin edilib.

 

Ü.Zülfüqar sosial şəbəkə hesabında kanaldan ayrılmasına bu cür aydınlıq gətirib:

 

"Bu gün öz istəyimə əsasən, səhhətimlə əlaqədar üç ilə yaxın çalışdığım Qərbi Azərbaycan İcması və Televiziyası ilə yollarımızı ayırdım. İcma mənim üçün fərqli bir təcrübə, çox gözəl bir yol oldu. Qərbi Azərbaycan kimi müqəddəs bir amal yolunda mənim də qatqılarım olduğu üçün qürur duyuram. Bir müddət fəaliyyətimə həm Qərbi Azərbaycan, həm regionda gedən proseslərlə əlaqədar politoloq kimi davam edəcəm. Hər kəsə uğurlar diləyirəm. Efirlərdə görüşənədək”.