Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azad edilmiş ərazilərdə daha 160 mina aşkarlanıb
sosial

Azad edilmiş ərazilərdə daha 160 mina aşkarlanıb

17-06-2025 12:00 35 Просмотров
IMG

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.06-2025-16.06.2025) məlumat açıqlanıb.

"Tvit.az" Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 131 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 528 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1358,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.