Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sabah paytaxtın üç rayonunda qaz olmayacaq
sosial

Sabah paytaxtın üç rayonunda qaz olmayacaq

17-06-2025 17:00 33 Просмотров
IMG

Sabah Bakının Binəqədi, Xətai və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, Binəqədi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Xətai rayonunda qaz xəttinin təmir olunması, Sabunçu rayonunda isə qaz kəməri üzərində siyirtmənin quraşdırılması məqsədi ilə iyunun 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Ə.Rəcəbli, S.S.Axundov küçələrinin, 31/26-cı məhəllənin, Xətai rayonu üzrə Gəncə prospektinin bir hissəsinin, Sabunçu rayonu üzrə isə "Maştağa-Gülçülük" yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.