Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bu gecə Bakının bu qəsəbələrində işıq olmayacaq
sosial

Bu gecə Bakının bu qəsəbələrində işıq olmayacaq

18-06-2025 21:00 21 Просмотров
IMG

Bu gecə Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a Azərişıq” ASC-dən məlumat verilib.

 

Qeyd olunub ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq 459 saylı yarımstansiyada təmir-təftiş işlərinin aparılması ilə əlaqədar iyunun 19-da bəzi ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

 

Bununla əlaqədar olaraq saat 03:00-dan saat 06:00-dək Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.