Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp İranda hakimiyyətin süqutu ilə bağlı suala cavab verdi
dünya

Tramp İranda hakimiyyətin süqutu ilə bağlı suala cavab verdi

18-06-2025 23:00 22 Просмотров
IMG

ABŞ prezidenti Donald Tramp İsraillə münaqişə fonunda İranda hakimiyyətin süqut edə biləcəyini istisna etməyib.

Tvit.az xəbər verir ki, bu barədə çıxış "C-SPAN" kanalında efirə verilib.

“Əlbəttə. Hər şey baş verə bilər, elə deyilmi?” – deyə o, jurnalistin müvafiq sualına cavab verib.

Bundan əvvəl Tramp bildirib ki, ABŞ-ın İrana zərbə endirib-endirməyəcəyini dəqiq deyə bilməz. O, həmçinin Tehranın hərəkətlərindən narazılığını ifadə edərək vurğulayıb ki, onun səbrinin sonu çatarsa, İranı qeyri-şərtsiz təslim gözləyir.

Aysel Şirinova