ABŞ prezidenti Donald Tramp İsraillə münaqişə fonunda İranda hakimiyyətin süqut edə biləcəyini istisna etməyib.
Tvit.az xəbər verir ki, bu barədə çıxış "C-SPAN" kanalında efirə verilib.
“Əlbəttə. Hər şey baş verə bilər, elə deyilmi?” – deyə o, jurnalistin müvafiq sualına cavab verib.
Bundan əvvəl Tramp bildirib ki, ABŞ-ın İrana zərbə endirib-endirməyəcəyini dəqiq deyə bilməz. O, həmçinin Tehranın hərəkətlərindən narazılığını ifadə edərək vurğulayıb ki, onun səbrinin sonu çatarsa, İranı qeyri-şərtsiz təslim gözləyir.
Aysel Şirinova