Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Yekaterinburqda işgəncəyə məruz qalan bir nəfər Azərbaycana qayıdıb, ekspertiza təyin olunub
sosial

Yekaterinburqda işgəncəyə məruz qalan bir nəfər Azərbaycana qayıdıb, ekspertiza təyin olunub

02-07-2025 10:00 41 Просмотров
IMG

Rusiyanın əməliyyat axtarış qurumlarının əməkdaşları tərəfindən ən azı 14 nəfərin saxlanması, saxlanılan şəxslərdən 2 nəfər istisna olmaqla 12 nəfərin Azərbaycan vətəndaşı olması, onlardan ən azı 7 nəfərə qarşı fiziki zorakılıq və işgəncələrin tətbiqi müəyyən edilib.

"Tvit.az" xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, həmin şəxslərdən 2 nəfər dünyasını dəyişib, iki nəfərin Yekaterinburqda yerləşən xəstəxanalarda müalicəsi davam etdirilir, 1 nəfər Azərbaycana qayıdıb: "Onun barəsində tibbi ekspertiza təyin olunub. Digər 2 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 1-i isə buraxılıb".