Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Rusdilli məktəblərdən sonra universitetlərlə bağlı da xəbər YAYILDI
sosial

Rusdilli məktəblərdən sonra universitetlərlə bağlı da xəbər YAYILDI

02-07-2025 13:00 39 Просмотров
IMG

Sosial şəbəkələrdə 2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı məlumatlar yayılıb. 

Tvit.az xəbər verir ki, məlumat Elm və Təhsil Nazirliyinin adından paylaşılsa da, qurum xəbəri nə təkzib, nə də təsdiq edib.

Sözügedən məlumatlarda qeyd olunur ki, dayandırılma Azərbaycanda aparılan yeni təhsil islahatları və “Milli Təhsil – 2030” proqramı çərçivəsində həyata keçiriləcək. 

Həmçinin bütün ixtisaslar üzrə tədrisin yalnız azərbaycan və ingilis dillərində aparılacağı, bu dəyişikliyin milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədi daşıdığı qeyd olunub.

“1. Hazırda rus sektorunda təhsil alan tələbələr 2025-ci il avqustun 20-dək azərbaycan dili üzrə dil imtahanı verməlidirlər.

2. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq Azərbaycan dilində tədris olunan ixtisasa keçiriləcəklər.

3. Dil biliyini təsdiq edə bilməyən tələbələr təhsillərini davam etdirə bilməyəcəklər.

4. Əlavə olaraq, avqustun 5-dən etibarən tələbələrin istəyi ilə ingilis dilində tədrisə keçmək imkanı üçün onlayn dil attestasiyası təşkil olunacaq (yerlərin mövcudluğu nəzərə alınmaqla).

5. Məzun ərəfəsində olan (bakalavr və magistratura üzrə) tələbələr, akademik borcları olmadığı və 10 iyul 2025 tarixinədək dekanlığa müraciət etdikləri halda təhsillərini cari dildə başa vura bilərlər.

Tələbələrdən xahiş olunur ki, rəsmi elanları diqqətlə izləsinlər və keçid dövrünə hazır olsunlar. Əlavə məlumat üçün universitetin qəbul komissiyasına və ya nazirliyin rəsmi elektron ünvanına müraciət edə bilərsiniz”, - deyə bildirişdə qeyd olunub. 

Qeyd edək ki, dünən də rus dilli məktəblərin mərhələli şəkildə bağlanacağı ilə bağlı məlumat yayılmışdı. Məlumat rəsmi olmasa da, sosial şəbəkələrdə müsbət qarşılanmışdı (Qafqazinfo).