Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-la qarşılıqlı faydalı əməkdaşlıq layihələrinin həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə BelTA agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadla məlumat verib.
"Təəssüf ki, müəyyən bir mərhələdə Belarus-Amerika əməkdaşlığı bu pozitiv xəttdən uzaqlaşdı, – deyə o bildirib. Əminəm ki, bu vəziyyət nə ölkələrimizin, nə də xalqlarımızın milli maraqlarına uyğun gəlmir. Artıq bu vəziyyəti dəyişməyin vaxtıdır", - Lukaşenko deyib.
Qeyd edək ki, o fikirlərini ABŞ Prezidenti Donald Trampı və bütün amerikalıları Müstəqillik Günü münasibətilə təbrik edərkən səsləndirib.
Aysel Şirinova