Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya "Bu vəziyyəti dəyişmək vaxtıdır" - Lukaşenko Amerika ilə olan münasibətlərindən danışdı
dünya

"Bu vəziyyəti dəyişmək vaxtıdır" - Lukaşenko Amerika ilə olan münasibətlərindən danışdı

04-07-2025 10:00 35 Views
IMG

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-la qarşılıqlı faydalı əməkdaşlıq layihələrinin həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Tvit.az xəbər verir ki, bu barədə BelTA agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadla məlumat verib.

"Təəssüf ki, müəyyən bir mərhələdə Belarus-Amerika əməkdaşlığı bu pozitiv xəttdən uzaqlaşdı, – deyə o bildirib. Əminəm ki, bu vəziyyət nə ölkələrimizin, nə də xalqlarımızın milli maraqlarına uyğun gəlmir. Artıq bu vəziyyəti dəyişməyin vaxtıdır", - Lukaşenko deyib.

Qeyd edək ki, o fikirlərini ABŞ Prezidenti Donald Trampı və bütün amerikalıları Müstəqillik Günü münasibətilə təbrik edərkən səsləndirib.

Aysel Şirinova