Serb şəhərlərində küçələri bağlayan etirazçılara dəstək səviyyəsi sürətlə azalır, çünki vətəndaşlar belə hərəkətləri qəbul etmirlər.
Tvit.az xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Vuçiç Pink telekanalına müsahibəsində deyib.
"Heç bir illüziyaya qapılmayın. Hər gün blokadalara və onların arxasında duran siyasi qüvvələrə dəstək sürətlə azalır. Çünki insanlar bunu istəmir", - Vuçiç vurğulayıb.
Onun sözlərinə görə, aksiya iştirakçılarının əksəriyyətinin “qəhrəmanlıqları” polis bölmələrində göz yaşları ilə başa çatır.
"Biz küçə blokadalarından yayınanlara hücum edə bilmərik. Bunun üçün məsuliyyət daşımalıyıq", - Vuçiç qeyd edib.